Amerikalı iş adamı İlon Mask həftəsonu ABŞ prezidenti Donald Tramp və Birinci Xanım Melaniya ilə şam yeməyi yediyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Mask X-də paylaşdığı yazıda bildirib: “Dünən gecə Amerika Birləşmiş Ştatlarının Prezidenti və Birinci Xanımla gözəl bir şam yeməyi yedik. 2026-cı il inanılmaz bir il olacaq!”
O, bundan əvvəl ABŞ-ın gələcəkdə demokratiyasız, təkpartiyalı ölkəyə çevrilə biləcəyini irəli sürmüşdü.
DOĞRU.AZ