Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran xalqı Amerikanın “xilas etmək” təcrübəsinə yaxşı bələddir - İraq və Əfqanıstandan Qəzzaya qədər.
Axar.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani X hesabında ABŞ Prezidenti Donald Trampın təhdidinə münasibət bildirərkən deyib.
“Hər bir müdaxiləçi əl, hər hansı bir bəhanə axtarmaqla İranın təhlükəsizliyinə yaxınlaşsa, İrana çatmazdan əvvəl peşmanedici bir cavabla kəsiləcək. İranın milli təhlükəsizliyi qırmızı xətdir, avanturist tvitlərin meydanı deyil”,- Şamxani qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin İrandakı etirazçılara kömək etməyə hazır olduğunu bəyan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.