AZ

Oğuzda qəzaya düşənlərin son vəziyyəti açıqlandı

Ötən gün Oğuz rayonunun Bucaq kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.

Azreform.info  xəbər verir ki, yanvarın 4-də saat 17:10-da rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"1986-cı il və 2016-cı il təvəllüdlü şəxslərə başın açıq yarası, burun qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs ixtisaslı tibbi xidmətdən imtina edib".

Xatırladaq ki, hadisə "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib./oxu.az

Seçilən
73
25
azreform.info

10Mənbələr