Bayram tətili günlərində (31.12.2025-05.01.2026-cı il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Ölüm faktı qeydə alınmayıb. (Trend.az)
Bizim.Media