AZ

Oğuzda qəzaya düşənlərin SON VƏZİYYƏTİ açıqlandı

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ötən gün Oğuz rayonunun Bucaq kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti məlum olub.

Milli.Az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 4-də saat 17:10-da rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"1986-cı il və 2016-cı il təvəllüdlü şəxslərə başın açıq yarası, burun qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs ixtisaslı tibbi xidmətdən imtina edib".

Xatırladaq ki, hadisə "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
28
news.milli.az

10Mənbələr