Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan 2026-cı ildə boks üzrə 3 beynəlxalq turnirə ev sahibliyi edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, bunlar aprelin 2-dən 8-dək keçiriləcək Böyük İpək Yolu turniri (böyöklər arasında), 2-8 may tarixilərində “Heydər Əliyev Kuboku-2026” (U-17) və 4-10 dekabrda 19 yaşadək boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan yarışdır
Hər üç turnir Bakı Boks Mərkəzində təşkil olunacaq.