AZ

Azərbaycan bu il hansı tədbirlərə ev sahibliyi edəcək?

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Publika.az Report-a istinadla xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.

Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.

Seçilən
107
50
publika.az

10Mənbələr