Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin Katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə kilsədə islahatların aparılması ilə bağlı yol xəritəsinə dair bəyannamənin mətnini qəbul edib.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bəyannaməyə görə, onlar Ermənistanın Apostol Kilsəsində islahatlar üzrə proqramın icrasına hazırlaşırlar.
Bu proqrama əsasən, ilk addım kimi islahat proqramının ictimai elan edilməsi nəzərdə tutulur, bundan sonra Katolikos vəzifəsindən kənarlaşdırılmalıdır.
Ardınca, proqramda göstərildiyi kimi, Katolikosun yerini müvəqqəti icra edəcək şəxsin seçkiləri keçirilməli, daha sonra isə “müəyyən edilmiş prinsiplərin qorunub saxlanılması mexanizmlərini, maliyyə şəffaflığının təmin olunmasını və ruhanilərin lazımi davranış normalarını” təsbit etməli olan kilsə nizamnaməsi qəbul edilməlidir.
Bəyannaməyə əsasən, yekun mərhələdə “təsbit olunmuş prosedura uyğun olaraq” bütün ermənilərin Katolikosu seçkiləri keçirilməlidir.