AZ

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 13 müraciət olub

Bayram
Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 13 müraciət daxil olub. 1news.az xəbər verir ki, bayram tətili günlərində — 31 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmə səbəbləri ilə 13 nəfər müraciət edib.
Məlumata görə, müraciət edənlərdən 4 nəfər dərman preparatlarından, 1 nəfər siçan dərmanından (rodensit), 1 nəfər dəm qazından, 1 nəfər yandırıcı məhluldan, 6 nəfər isə sirkə turşusundan zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd olunub ki, faktlar üzrə ölüm halı qeydə alınmayıb.

Seçilən
51
33
1news.az

10Mənbələr