ABŞ-nin "The Associated Press" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığıməlumataəsasən, qiymətli balıq ölkəninAomori prefekturununşimalı sularında tutulub. Balığın satışı 2019-cu ilin yanvar ayında qeydə alınmış rekordu üstələyib. Həmin dövrdə Yaponiyada mavi tuna balığı 333,6 milyon yenə (2,9 milyon dollar) satılmışdı.
Maraqlıdır ki, mavi tuna balığı heç nə nadir növ deyil, amma Yaponiyada restoranların Yeni ilin başlanğıcında onu belə baha qiymətə alması prestij qazanmaq məqsədi daşıyır. Eyni zamanda, restoran sahibləri belə fikirləşir ki, ilin ilk hərracında ən yüksək lotu almaq onlara il boyu uğur gətirəcək. Mavi tuna balığı milyonların xərclənməsi həmçinin müştərilərdə də maraq oyadır, onlar ən bahalı balığı dadmaq xatirinə növbəyə dururlar.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta