Adi bir şam yeməyini restoran şah əsərinə çevirmək üçün bahalı avadanlıqlara ehtiyac yoxdur. Bunun üçün sadəcə bir əsas inqrediyenti dəyişmək kifayətdir: Buğda ununu qarğıdalı unu ilə əvəz edin.
Publika.az xəbər verir ki, ənənəvi buğda ununda qızardılan balıq çox vaxt nəm, bəzən isə "rezin" kimi olur. Bunun səbəbi buğda unundakı qlütenin mayeni və yağı sürətlə sormasıdır. Həmçinin, buğda ununun yanma temperaturu aşağı olduğu üçün balığın içi bişməmiş çölü yanmağa başlayır.
Qarğıdalı unu tamamilə fərqli quruluşa malikdir və balıq bişirərkən aşağıdakı üstünlükləri təmin edir:
Qarğıdalı unu balıq soyuduqdan sonra belə yumşalmayan, möhkəm və xırtıldayan qabıq yaradır.
Tərkibində qlüten olmadığı və yüksək temperatura davamlı olduğu üçün balığın daxili şirəsini qoruyub saxlayır.