AZ

Qızıl və gümüş ili yüksəlişlə başladı

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Qızıl və gümüş investorların artan geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb.Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-nin Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra geosiyasi risklərin yüksəlməsi investorların təhlükəsiz liman aktivlərinə marağını artırıb. Bu proses qızıl və gümüş qiymətlərində kəskin artımla müşayiət olunub.Qızıl bu gün 2,1%-dək bahalaşaraq 4.420 dollar həddini keçib. Gümüş isə 4,8% dəyər qazanıb.Qiymətli metalların emalı ilə məşğul olan “MKS Pamp SA” şirkətinin tədqiqat direktoru Nikki Şils (Nicky Shiels) yaydığı qeyddə bildirib ki, “bazarlarda artıq təkcə Venesuela riski deyil, ABŞ-nin gözlənilməzliyi və hərbi əlçatanlığı da yenidən qiymətləndirilməlidir”.“Goldman Sachs” ötən ay əsas ssenarisinin qızılın 4.900 dollara doğru artımda olduğunu açıqlamışdı.Gümüş ötən il qızıla nisbətən daha güclü yüksəliş nümayiş etdirərək rekord səviyyələri yeniləyib. Qızılı dəstəkləyən amillərlə yanaşı, ABŞ administrasiyasının gələcəkdə rafinə edilmiş gümüş idxalına gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı davam edən narahatlıqlar da gümüş qiymətlərinə əlavə dəstək verib.Sinqapur vaxtı ilə saat 09:20-yə qızıl 1,6% bahalaşaraq 4.400,01, gümüş isə 4,3% artaraq 75,92 dollar səviyyəsində qərarlaşıb. Platin və palladiumun hər biri təxminən 2% dəyər qazanıb. “Bloomberg” Dollar İndeksi isə 0,1% yüksəlib.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
21
www.bakupost.az

10Mənbələr