2026-cı ilin ilk hərracında 243 kiloqramlıq tuna 3,2 milyon dollara alınıb...
Poliqon xəbər verir ki, Yaponiyada 2026-cı ilin ilk balıq hərracında Tokionun Toyosu bazarında 243 kiloqram çəkisi olan mavi tuna 510 milyon yenə, yəni təxminən 3,2 milyon ABŞ dollarına satılıb. Balıq ölkənin şimalındakı Aomori prefekturasının sularında ovlanıb.
TASS Agentliyinin hərracın təşkilatçılarına istinadla yaydığı məlumata görə, bu məbləğ 1999-cu ilin yanvarında qeydə alınmış əvvəlki rekordu üstələyib. Həmin vaxt mavi tuna 333,6 milyon yenə satılmışdı və o dövrün məzənnəsi ilə bu, təxminən 2,9 milyon dollara bərabər idi.
Qeyd olunur ki, Tokiodakı bu cür hərraclarda yerli restoran sahiblərinin yüksək məbləğlər ödəməsi əsasən prestij amili ilə bağlıdır. Yaponiyada belə bir inanc var ki, ilin ilk hərracında əsas lotu almaq biznesdə uğur gətirir. Bundan başqa, ən bahalı balığın alışı restoranlara əlavə reklam effekti qazandırır və müştərilərin uzun növbələrə düzülməsinə səbəb olur.
Mütəxəssislərin fikrincə, Toyosu bazarındakı ilk hərraclar artıq təkcə ticarət hadisəsi deyil, həm də Yaponiyanın kulinariya mədəniyyətinin və biznes ənənələrinin simvoluna çevrilib.
Poliqon.info