AZ

Sumqayıtda zəncirvari qəza: Sülh prospektində altı avtomobil toqquşub

Sumqayıtın Sülh prospektində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı iki "Opel", həmçinin "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı nəqliyyat vasitələri toqquşub.

Sürücülərin verdiyi ilkin məlumata görə, hadisəyə ara məsafəsinin düzgün seçilməməsi səbəb olub.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

N.Təbizli

Seçilən
88
50
anews.az

10Mənbələr