AZ

Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari QƏZA

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki “Opel”, “Toyota Prius”, “VAZ-2104”, “Changan” və “BMW” markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
81
10
news365.az

10Mənbələr