AZ

Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza oldu... -FOTO

Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report" bildirir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

 

İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Seçilən
28
14
senzor.az

10Mənbələr