AZ

Bayden ən yüksək pensiya alan keçmiş prezidentdir

BAKI, 5 yanvar. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Co Baydenin illik pensiyasının məbləği 417 min dollar təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

Məlumata görə, Co Bayden uzun illər davam edən siyasi karyerası sayəsində ABŞ tarixində vergi ödəyicilərinin hesabına ödənilən ən yüksək pensiyanı alan keçmiş prezident olub.

Nəşr qeyd edir ki, Baydenin illik 417 min dollarlıq pensiyası onun prezidentlik dövründə aldığı maaşdan da çoxdur.

Xatırladaq ki, hazırkı ABŞ prezidenti Donald Trump daha əvvəl bəyan etmişdi ki, Baydenin hakimiyyəti dövründə bütün dünya ABŞ-yə gülürdü.

Seçilən
80
25
teleqraf.com

10Mənbələr