ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Broad Arrows" hərrac evi yanvar ayının sonunda kolleksiyaçılar və yarış pərəstişkarları üçün tarixi əhəmiyyətə malik "Formula-1" avtomobilini açıq hərraca çıxaracaq.
Oxu.Az hərrac evinin saytına istinadən xəbər verir ki, bu, 1992-ci il mövsümündə "Benetton-Ford" komandasının istifadə etdiyi boliddir.
Bu bolid həm də əfsanəvi Mixael Şumaxerin "Formula-1" karyerasında ilk qələbə qazandığı avtomobildir.
Bərpa edilmiş və istifadəyə yararlı avtomobilin 8,5 milyon avro və ya daha yüksək qiymətə satılacağı gözlənilir.














Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.