AZ

Britaniyada "Formula-1" Qran-prisinin 100 illiyi münasibətilə xatirə sikkəsi buraxılacaq

Böyük Britaniyanın Kral Zərbxanası ölkədə "Formula-1" üzrə Qran-prinin keçirilməsinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sikkənin nominal dəyəri 50 pens olacaq. Onun üzərində 1926-cı il bolidi və müasir yarış avtomobili təsvir ediləcək.

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi 1926-cı ildən keçirilir və ilk dəfə "Bruklends" trasında baş tutub. 1987-ci ildən etibarən yarışlar "Silverstoun" trasında təşkil olunur. 1950-ci ildən isə avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatının mərhələsi statusunu daşıyır.

Seçilən
158
22
ikisahil.az

10Mənbələr