AZ

Rubio: ABŞ ın Venesuela neftinə ehtiyacı yoxdur

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Venesuela neftinə ehtiyac duymur, lakin Vaşinqton Bolivar Respublikasının neft sənayesinin ABŞ hakimiyyətinə qarşı olan qüvvələrin nəzarətinə keçməsinə yol verə bilməz.

APA xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibi Marko Rubio çıxış edib.

“Bizə Venesuela nefti lazım deyil. ABŞ-da kifayət qədər neft var. Amma Venesuelanın neft sənayesinin ABŞ-ın rəqibləri tərəfindən idarə olunmasına icazə verməyəcəyik”, – deyə Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Venesuela neftindən əldə olunan gəlirlərin “Venesuela xalqının rifahı naminə” istifadə olunmasını istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
50
icma.az

10Mənbələr