AZ

Bakıda çoxmərtəbəli yaşayış binasının lifti işləmir – VİDEO

Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva, 2 ünvanında yerləşən 14 mərtəbəli binanın lifti işləmir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, liftin işləmədiyi blokda ən çox əziyyət çəkənlər isə yuxarı mərtəbədə yaşayanlardır.

Sakinlər bildirir ki, lift işləmədiyi üçün yuxarı mərtəbədə yaşayanlar problemi özləri həll etmək məcburiyyətində qalıblar.

Onlar binanın damına qalxaraq qaranlıq yerdə olan pilləkənlərdən istifadə edib damdan degər bloka keçirlər ki, bu da təhlükəlidir.

Problemlə bağlı Bakı şəhər Lifttəmir İstehsalat Birliyindən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, bayram günlərində evini təmir edən bir sakin liftlə tutumundan artıq mebellər daşıyıb. Bunun nəticəsində kənar müdaxilə ilə liftin qapıları zədələnib. Təmir işlərindən sonra həftənin 1-ci, yaxud 2-ci günü sakinlərin istifadəsinə veriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
62
16
nocomment.az

10Mənbələr