AZ

Ucarda meyvə bağı bir gecədə məhv edilib – Hadisənin qəsdən törədildiyi deyilir – VİDEO

Ucar rayonu, Alpı kənd sakininin saldığı bağdakı ağacların xeyli hissəsini bir gecədə məhv ediblər.

Ağacların bəzilərini qırıb, bəzilərini kəsib, bəzilərini də kökündən çıxarıblar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bağ sahibi Elvin Məmmədov iddia edir ki, meyvə agclarını qəsdən bu hala salıblar.

Zərərçəkmiş Elvin Məmmədov deyir ki, ötən il alça bağı salmaq məqsədilə 302 ədəd ağac əkib. Lakin bu ilin dekabr ayında naməlum şəxs və ya şəxslər tərəfindən ağaclar məhv edilib.

Hadisə zamanı təxminən 50-yə yaxın alça ağacı məhv edilib. Bağ sahibi digər ağaclara da ziyan vurula biləcəyindən narahatdır.

O, hadisə ilə bağlı dekabr ayının 21-də polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan “Xəzər Xəbər”ə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı əraziyə baxış keçirilib, vətəndaşın izahatı alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
28
12
nocomment.az

10Mənbələr