AZ

Sərnişin avtobusunun yüksək sürətlə hərəkət etməsi kameraya düşdü – VİDEO

Sərnişin avtobus təxminən saatda 110 kilometr sürətlə hərəkət edib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər var.

Məlum olub ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi-Zabrat qəsəbəsi istiqaməti üzrə fəaliyyət göstərən 118 B nömrəli avtobus sürət həddini aşıb.

Avtobusun yüksək sürətlə hərəkət etməsinin görüntülərini çəkərək “Xəzər Xəbər”in vatsap qaynar xəttinə vətəndaşlardan biri göndərib.

Sərnişinlər isə belə halların təhlükəli olduğunu bildirirlər.

Sözügedən marşrut xəttində çalışan sürücü isə avtobusun bu sürətlə hərəkət etməsinin real olmadığını iddia etdi.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, qeyri-iş günü olduğundan münasibət bildirilmədi.

Daşıyıcı şirkətdən isə bildirildi ki, videogörüntülər diqqətlə nəzərdən keçirilib. Şirkətdən o da iddia edilib ki, sözügedən videoda müəyyən qərəzli məqamlar mövcuddur. Belə ki, görüntüləri lentə alan avtomobilin sürətölçən göstəricilərinə əsasən həmin nəqliyyat vasitəsi saatda təxminən 108 kilometr sürətlə hərəkət edib və avtobusun arxa hissəsindən ötmə manevri edərək yoluna davam edib. Bu isə videogörüntülərdə avtobusun real hərəkət sürəti ilə bağlı yanlış təsəvvür yaradır. Başqa sözlə, həmin vaxt avtobusun sürəti daha aşağı olub. O da qeyd edildi ki, sözügedən avtobus həmin vaxt sərnişin daşımayıb, ehtiyat nəqliyyat vasitəsi kimi xəttə çıxarılıb və metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edib. “Bununla belə, daşıyıcı şirkət olaraq istənilən halda yol hərəkəti qaydalarına riayət olunmasını vacib hesab edirik. Məsələ tərəfimizdən araşdırılacaq, avtobusu idarə edən sürücü ilə izahat xarakterli söhbət aparılacaq”,- deyə daşıyıcı şirkətdən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
161
2
nocomment.az

10Mənbələr