Övladının xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana orada həkim tapmadığını iddia edir. Dediyinə görə, ona xəstəxananın bağlı olduğunu bildiriblər.
Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon sakini Bahar Cəfərova azyaşlı övladının səhhətində yaranan problemlə bağlı rayonun mərkəzi xəstəxanasına müraciət edib.
Valideynin sözlərinə görə, xəstəxananın giriş qapıları bağlı olub, həkim tapmaq mümkün olmayıb.
"Xəzər Xəbər"ə müraciət edən Bahar Cəfərova bildirib ki, xəstəxananın qapılarını döyməsinə baxmayaraq, açan olmayıb.
Onun sözlərinə görə, azyaşlı övladında qusma və halsızlıq müşahidə edildiyi üçün həkimə müraciət edib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaşın müraciəti bazar gününə təsadüf etdiyindən xəstəxanada yalnız təcili tibbi yardım şöbəsi fəaliyyət göstərib.
Belə çıxır ki, sakinlər bazar günü xəstələnsələr, ya bir gün dözməli, ya da Bakıdakı xəstəxanalardan birinə üz tutmalıdılar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.