AZ

Yanğınsöndürən və təcili yardıma maneə... Avtomobillər üçün park yeri olmayan binaların tikintisinə icazə verilməməlidir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkədə paylaşılmış videogörüntüdə vətəndaş bildirib ki, Yeni Yasamalda bir məhəllədə avtomobillərin çoxluğundan piyada hərəkəti mümkünsüz hala gəlib. Hər tərəf maşınlarla zəbt olunub. Vətəndaşın sözlərinə görə, bu həyətə bir nəfər maşınla daxil olsa, geri çıxması demək olar ki, mümkün deyil.Əgər binanın həyətinə fövqəladə hal zamanı təcili yardım və ya yanğınsöndürən maşın keçə bilmirsə, məsuliyyət kimdədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas Şamil Paşayev bildirib ki, avtomobil park yeri olmayan binaların tikintisinə icazə verilməməlidir.

Şamil Paşayev

“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, şəhərsalmanın təməl prinsiplərində və təhlükəsizlik qaydalarında əsas prioritetlərdən biri odur ki, bina tikintisi zamanı MTK-lara və MMC-lərə elə şərait yaradılmalıdır ki, avtomobil saxlamaq üçün mütləq yer nəzərdə tutulsun. Avtomobil park yeri olmayan binaların tikintisinə icazə verilməməlidir. Park yerləri və qarajlar geniş və funksional şəkildə layihələndirilməlidir. Yalnız bu tələblərə əməl edildikdən sonra bina tikintisinə icazə verilməlidir.

Hazırda binalar bir-birinə çox yaxın – cəmi 20-30 metr məsafədə inşa olunur ki, bu da həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi risklər yaradır. Məhlənin daxilində avtomobillərin nizamsız saxlanması isə təcili və təxirəsalınmaz hallarda – məsələn, Fövqəladə Hallar xidməti, yanğınsöndürənlər və ya təcili tibbi yardımın hadisə yerinə çatmasında maneələr yaradır.

Burada hüquqi tənzimləmələrlə yanaşı, empatiya və ictimai əxlaq məsələləri də önəmlidir. İnsanlar bir-birini anlamalı, gələcəkdə baş verə biləcək neqativ hadisələrin hamıya təsir edəcəyini dərk etməlidirlər. İnsanlar bir-birlərini başa düşməlidir. Anlayış göstərilmədən və ortaq məsuliyyət hissi olmadan bu problemlərin həlli mümkün deyil”, - deyə Şamil Paşayev bildirib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
2
icma.az

10Mənbələr