AZ

Azərbaycan və Türkiyə arasında yeni qaz sazişi imzalandı - 2029-dan 2040-cı il qədər…


Azərbaycan və Türkiyə arasında qaz tədarükünə dair saziş imzalanıb.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar sazişin iki gün əvvəl imzalandığını açıqlayıb.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə təbii qaz sahəsində 33 milyard kubmetr həcmində yeni razılaşma əldə edib.

A.Bayraktarın sözlərinə görə, Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək.

Təbii qaz Bakı–Tbilisi–Ərzurum boru kəməri vasitəsilə mövcud infrastrukturdan istifadə edilməklə Türkiyəyə çatdırılacaq.

TAHİR

Seçilən
125
44
baki-xeber.com

10Mənbələr