AZ

Misir ötən il 19 milyon turist qəbul edib

Qahirə, 4 yanvar, AZƏRTAC

Misirin turizm sektoru ötən il yüksək nəticələr əldə edib. Ölkəyə təqribən 19 milyon turist gəlib.

AZƏRTAC “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, bu rəqəm 2024-cü ilin göstəriciləri ilə müqayisədə 21 faiz artım deməkdir.

Ümumdünya Turizm Təşkilatının hesabatına görə, Misir bununla qlobal artım tempini (təxminən 5%) üstələyir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
71
20
azertag.az

10Mənbələr