AZ

Britaniya Zərbxanası Formula 1 Britaniya Qran Prisinin 100 illiyi üçün 50 penslik sikkə təqdim edəcək

BAKI, TurkicWorld

Britaniya Zərbxanası Formula 1 Dünya Çempionatının Britaniya Qran Prisinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.

TurkicWorld xəbər verir ki, bu barədə zərbxananın mətbuat xidməti məlumat yayıb.

Sikkənin nominal dəyəri 50 pens olacaq və üzərində 1926-cı il istehsalı olan avtomobil ilə müasir avtomobil təsviri yer alacaq.

Qeyd olunur ki, Britaniya Qran Prisi 1926-cı ildən keçirilir və ilk yarış Bruklends trasında baş tutub. 1987-ci ildən etibarən yarış Silverstone trasında təşkil edilir.

Seçilən
93
19
turkic.world

10Mənbələr