AZ

Biri getdi, qaldı ikisi... Sabiq nazirdən Maduro haqda açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Venesuela Prezidenti Nikolas Maduro haqda diqqətçəkən paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, ABŞ-ın niyə məhz Venesuela liderini hədəf seçdiyinin qısa izahatını verib.

“Niyə “Maduro”? Dünənə qədər dünyada birbaşa və ya dolayı yolla ABŞ-ın nəzarəti altında olmayan yalnız üç əsas neft ixrac edən ölkə var idi: Rusiya, İran və Venesuela. İndi isə iki…”, – deyə sabiq nazir bildirib.

Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelaya zərbələr endirib. Nəticədə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirilib. Artıq onlar Nyu-Yorka gətirilib.

“NBC News”un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
50
globalinfo.az

10Mənbələr