GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Üç qlobal siyasi-texnoloji mərkəzin formalaşması sürətlə davam edir. Bunlar ABŞ, Avropa İttifaqı (Aİ) və Çindir”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq nazir, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, Rusiya nəhəng hərbi nüvə potensialına baxmayaraq, hətta postsovet ölkələri üçün də cəlbedici olan müstəqil siyasi-texnoloji mərkəzə çevrilmək perspektivlərini tamamilə itirib:
“Müdafiə rəqabəti də daxil olmaqla texnoloji rəqabət getdikcə daha da şiddətlənəcək və əhəmiyyətli olacaq. Siyasi və texnoloji dominantlığını təmin etmək üçün hazırkı ABŞ administrasiyası strateji əhəmiyyət kəsb edən qlobal enerji ehtiyatları və minerallar üzərində tam nəzarəti ələ keçirməyə çalışır”.
Politoloq bildirib ki, ABŞ həmçinin əhəmiyyətli quru və dəniz rabitə xətləri üzərində nəzarət məsələlərində öz dominantlığını təmin etmək üçün açıq şəkildə strategiya elan edib və bunu reallaşdırmağa başlayıb:
“Əvvəllər qəbul edilmiş prinsiplər, beynəlxalq hüquq normaları, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində həlledici olan hər şey indi yeni strategiyaya qurban veriləcək. Yəni BMT “Birləşmiş heç nə” mövqeyində dayanmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.