AZ

Azərbaycanda duru bitki yağları istehsalı azalıb: Marqarin istehsalı isə artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton duru bitki yağları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur.

Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,3 % və 5,6 % azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

"Cebheinfo.az"

Seçilən
101
14
cebheinfo.az

10Mənbələr