AZ

Məşhur şərhçi “Qarabağ”ın hücumçusundan danışdı: "Bu uşaq niyə belədir?" - VİDEO

Türkiyəli məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı yayılan tənqidlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Qarabağ"-"Ayaks" matçından sonra sosial şəbəkələrdə Nərimana qarşı sərt reaksiyaların artmasına etiraz edib və onun günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb.

Şener bildirib ki, komandanın məğlubiyyəti bir futbolçunun üzərinə yüklənə bilməz:

"Yağışı da Nəriman yağdırıb, tıxaca da o səbəb olub. Nəriman oyuna məğlub olmaq üçün çıxmaq istəməyib. O uşaq qədər kim istəyə bilər qazanmağı?"

Şərhçinin sözlərinə görə, Nəriman tənqidlərdən daha çox özü-özünə əsəbləşir və hazırda vəziyyəti ən ağır şəkildə yaşayan elə futbolçunun özüdür:

"İndi o, göz yaşlarını içinə axıdır. Əsas sual budur: bu uşaq niyə belədir? Sizin əsəbləşməyinizə ehtiyac yoxdur,

onsuz da, o, özü-özünə dəfələrlə əsəbləşib. Bir az empatiya hissiniz olsun" .

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə məğlub olub.

Seçilən
42
50
sportinfo.az

10Mənbələr