AZ

“Turan Tovuz” azarkeşləri Kurban Berdıyevi istefaya səslədi - VİDEO

TOVUZ, 13 dekabr. TELEQRAF

“Turan Tovuz” azarkeşləri Kurban Berdıyevi istefaya səsləyib.

Teleqraf-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”a 1:3 hesabı ilə uduzduqları matçda baş verib.

Belə ki, tovuzlular qonaq komandanın 2-ci qolundan sonra özündən çxaraq Berdiyevi kütləvi şəkildə istefaya səsləyib. Həmçinin tamaşaçıların bir qismi stadionu daha erkən tərk edib.

Bu şüarlardan sonra Berdiyev matçı ehtiyat skamyadan izləməyə məcbur olub.

Qeyd edək ki, matç “bayquşlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
110
50
teleqraf.com

10Mənbələr