AZ

Yarımçıq qalan oyunla bağlı qərar açıqlandı: “Xilasedici”yə texniki məğlubiyyət

Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında Yüksək Liqada yarımçıq dayandırılmış VII turun "Xilasedici" – "Ordu" matçı ilə bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün iclas keçirilib. Toplantıda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, "Xilasedici" və "Ordu" komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılmış "Xilasedici" – "Ordu" qarşılaşmasında "Xilasedici" komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Yüksək Liqa: VII tura start veriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub

Millilərimizin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Yüksək Liqada VI turun oyunları keçiriləcək

“Xilasedici" Belçika təmsilçisinə məğlub olub - FOTO

Seçilən
60
3
apasport.az

4Mənbələr