AZ

“Maduro bunu anlayan sonuncu şəxs oldu”

“Maduro Prezident Donald Trampın dediklərində ciddi olduğunu anlayan sonuncu şəxs oldu”.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı “X”də yazıb.

O bildirib ki, Prezident Tramp Venesuelaya bir çox “çıxış yolu” təklif edib, eyni zamanda, onun “narkotik qaçaqmalçılığına son qoymaq və oğurlanmış nefti ABŞ-yə qaytarmaq” məsələsində aydın mövqe sərgiləyib.

Vens Maduronun ABŞ-də “narkoterrorizm” kateqoriyası üzrə çoxsaylı ittihamlarla üzləşdiyini vurğulayıb:

“Karakasda bir sarayda yaşamaq ABŞ-də narkotik qaçaqmalçılığına görə ədalətdən qaçmağı təmin etməz”.

"Cebheinfo.az"

Seçilən
132
18
cebheinfo.az

10Mənbələr