Goranboy rayonunda "Lada" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində ata və oğul həyatını itirib.
"Yeni SAbah" xəbər verir ki, yanvarın 1-i gecə saat 23:30 radələrində ölən 40 yaşlı sürücü Adil Hüseynov və onun 17 yaşlı oğlu Sabir Hüseynovdur.
Goranboy Rayon Mərkəzi Xəstəxanasında xəsarət alan 2 qadın sərnişinə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ailələrinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Telegram kanalımız