AZ

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Qəza zamanı "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 31.12.2025-ci il saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.


Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.






Seçilən
91
21
paralel.az

10Mənbələr