Şəkidə Hərəkətdə olan “Opel” və “Hunday”ın toqquşması zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Yeni Sabah" xəbər verir ki, xəsarət alanlar “Opel”in sürücü Murad İmaməliyev, onun avtomobilində olan sərnişinlər 37 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədovdur.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Telegram kanalımız