“Hoffenhaym”də çıxış edən Umut Tohumcu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray” türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
“Sarı-qırmızılar” Tohumcunu 5 milyon avroluq məcburi olmayan satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Umut Tohumcu “Hoffenhaym”ın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
Afrika Millətlər Kuboku: 1/8 final cütləri bəlli olub
Premyer Liqa matçları bu kanallarda - TV AFİŞA
“Real”da ciddi itki - SUPERKUBOK MATÇINA ÇIXMAYACAQ
"Fənərbaxça"nın əfsanə futbolçusu əməliyyat olunub
Gökmen Özdenak 78 yaşında vəfat edib