
2025-ci ildə dünyanın 500 ən varlı insanının sərvəti 2,2 trilyon dollar artıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bloomberg"in rifah indeksində qeydə alınan bütün artımın təxminən dörddə biri cəmi 8 nəfərin, o cümlədən "Oracle" şirkətinin Direktorlar Şurasının sədri Larri Ellisonun, "Tesla"nın baş direktoru İlon Maskın, "Alphabet"in həmtəsisçisi Larri Peycin və "Amazon"un qurucusu Ceff Bezosun payına düşüb", - materialda qeyd olunur.
Milyarderlərin ümumi sərvəti 11,9 trilyon dollara çatıb.