Özəl sektorda gender bərabərliyinin təmin edilməsi məqsədilə özəl müəssisələrin özlərinin daxili siyasət və prosedurlarının gender auditini aparmağa və bu sahədə fəaliyyətlərini gücləndirməyə təşviq edilməsi həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, özəl müəssisələrdə gender auditinin aparılması üçün təlimatın hazırlanması, gender auditinin aparılması ilə bağlı özəl sektor nümayəndələri ilə görüşlərin keçirilməsi və özəl müəssisələrdə daxili siyasət və prosedurlar üzrə aparılmış gender auditlərinin nəticələrinə dair tövsiyələrin hazırlanması və təqdim olunması planlaşdırılır.