AZ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində korrupsiyaya qarşı mübarizəyə dair növbəti görüş keçirilib - FOTOLAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində korrupsiyaya qarşı mübarizəyə dair növbəti görüş keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrasına həsr edilib.

QHT.az xəbər verir ki, görüşün əsas məqsədi dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı möhkəmləndirmək və birgə layihələrin icrasına təkan verməkdir. İdarə rəsmiləri ilə yanaşı  ictimai birliklərin nümayəndələrinin də iştirak etdiyi iclasda İdarənin bu istiqamətdə gördüyü işlər, vahid antikorrupsiya monitorinq şəbəkəsinin yaradılması, həmçinin cari ildə görülmüş və növbəti il üçün planlaşdırılan strateji addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə davamlı və sistemli bir prosesdir, burada başlıca məqsəd vətəndaş məmnunluğuna, şəffaflığa və qarşılıqlı etimada əsaslanan məsuliyyətli idarəetmə modelini təmin etməkdir.

Seçilən
47
8
qht.az

10Mənbələr