AZ

Uşaqlar niyə dırnaq yeyir?

Uşaqlar arasında tez-tez rast gəlinən dırnaq yemə vərdişi (onikofagiya) təkcə estetik problem deyil, eyni zamanda uşağın psixoloji vəziyyəti ilə bağlı mühüm mesajlar verə bilər.

 

Pravda.az bildirir ki, bu davranış bəzən stres, narahatlıq, qorxu və ya gərginliklə əlaqəli olur.

 

Araşdırmalara görə, dırnaq yemək uzun müddət davam etdikdə dırnaq və ətraf dəridə zədələnmələrə, ağız və diş problemlərinə, eləcə də infeksiya riskinin artmasına səbəb ola bilər. Bu səbəbdən valideynlərin bu vərdişi laqeyd yanaşmaması tövsiyə olunur.

 

Mütəxəssislər qeyd edirlər ki, uşaqlarda dırnaq yemə davranışı çox vaxt emosional boşalma vasitəsi kimi ortaya çıxır. Ailədaxili gərginlik, məktəb stresi, diqqət çatışmazlığı və ya narahatlıq bu vərdişi gücləndirə bilər.

 

Valideynlərə uşağı cəzalandırmaq və ya danlamaq əvəzinə, səbəbi anlamağa çalışmaq, stresi azaldan oyun və fəaliyyətlərə yönləndirmək tövsiyə edilir. Alternativ olaraq stres topları, əl oyuncaqları və diqqəti yayındıran məşğuliyyətlər faydalı ola bilər.

 

Əgər dırnaq yemə davranışı uzun müddət davam edirsə və ya uşağın gündəlik həyatına mənfi təsir göstərirsə, pediatr və ya uşaq psixoloquna müraciət etmək vacibdir.

 

Qeyd: Dırnaq yemək bəzən sadə vərdiş deyil, uşağın emosional dünyasından gələn siqnal ola bilər. Vaxtında düzgün yanaşma bu problemin qarşısını almaqda mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 30 Dekabr 2025, 17:50   
Seçilən
119
11
pravda.az

10Mənbələr