AZ

Psixoloqdan Yeni ilə hazırlaşanlara XƏBƏRDARLIQ Bayram günlərində...

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni il ərəfəsində yaranan psixoloji tükənmişlik (emosional yanma) əksər hallarda görüləcək işlərin çoxluğundan deyil, bayramın "ideal" obrazını yaratmaq istəyindən qaynaqlanır.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Tibbi Tədqiqat Mərkəzinin klinik psixoloqu Anastasiya İvinixina bildirib.

Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələrdə nümayiş etdirilən "mükəmməl bayram" görüntüləri insanlarda öz üzərlərinə həddindən artıq məsuliyyət götürməsinə səbəb olur. İnsanlar möcüzə yaratmağa çalışarkən psixoloji cəhətdən tükənir, nəticədə sevinc yerini gərginlik və yorğunluq tutur.

Psixoloq vurğulayıb ki, sağlam hazırlıq prosesi insana zövq verməli, toksik perfektsionizm isə narahatlıq və emosional yüklənmə yaradır.

Anastasiya İvinixina bayram günlərində "mən etməliyəm" düşüncəsini "mən istəyirəm" yanaşması ilə əvəz etməyi və bəzi öhdəlikləri başqalarına həvalə etməyi tövsiyə edib. Onun fikrincə, hazırlıq prosesində ailə üzvlərinin və yaxınların iştirakı həm yükü azaldır, həm də bayram ab-havasını gücləndirir. Psixoloq həmçinin erkən planlaşdırmanın vacibliyini qeyd edib.

Tövsiyə olunur ki, Yeni il hazırlıqları dekabr ayı üzrə mərhələlərə bölünsün, tapşırıqlar həftələr üzrə planlaşdırılsın. Bu yanaşma bayrama bir neçə gün qalmış dövrdə istirahətə və özünə vaxt ayırmağa imkan yaradır.

Mütəxəssislər əlavə edirlər ki, Yeni il bayramının əsas məqsədi yorulmaq deyil, istirahət etmək və yaxınlarla xoş vaxt keçirməkdir. Bayramın mükəmməl keçməsindən çox, səmimi və rahat atmosferdə qeyd olunması psixoloji sağlamlıq üçün daha faydalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
37
baku.ws

10Mənbələr