AZ

Bayramgünü necə qidalanmaq lazımdır?

Yeni il süfrəsi adətən bol və müxtəlif yeməklərlə zəngin olur. Lakin düzgün qidalanmadıqda mədə-bağırsaq problemləri, halsızlıq və hətta bayramdan sonra çəkidə artım yarana bilər.Metbuat.az-ın məlumatına görə, bir neçə sadə qaydaya əməl etməklə Yeni ili həm zövqlə, həm də sağlam keçirmək mümkündür. İlk növbədə, əsas səhv ac qalaraq süfrəyə oturmaqdır. Bu hal həddindən artıq yeməyə səbəb olur. Ona görə də süfrəyə əyləşməzdən əvvəl yüngül bir ara yemək – meyvə, qatıq və ya bir ovuc qoz-fındıq qəbul etmək faydalıdır.Yeni il süfrəsində bütün yeməkləri birdən-birə və çox miqdarda yemək orqanizm üçün ağırdır. Odur ki, yeməklərdən kiçik porsiyaları tələsmədən yemək lazımdır. Bu, həm həzmi asanlaşdırır, həm də toxluq hissinin vaxtında yaranmasına kömək edir.Mayonezli salatlar, qızartmalar və yağlı ət yeməkləri süfrənin əsas hissəsini tutmamalıdır. Onların yanında mütləq göyərti, tərəvəz salatları və sobada bişmiş yeməklər də yer almalıdır. Bu, mədənin yüklənməsinin qarşısını alır.Şirniyyatları yeməkdən dərhal sonra deyil, bir qədər fasilə verərək qəbul etmək daha doğrudur. Həddindən artıq şirin qəbulu şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.Bayram gecəsi qazlı içkilər, eləcə də alkoqol mədə şişkinliyi və narahatlıq yarada bilər. Daha çox adi su və ya şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə ediləndir.Hərəkətsiz qalmamaq ən önəmlisidir. Yeməkdən sonra uzun müddət oturmaq əvəzinə qısa gəzinti etmək həzmi yaxşılaşdırır. Hətta ev daxilində yüngül hərəkət belə orqanizm üçün faydalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
10
10
metbuat.az

10Mənbələr