AZ

Bu rayonlarda güclü külək əsir

Azərbaycanın bəzi yerlərində dekabrın 30-u saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında, eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 m/s-dək güclənir.

Seçilən
39
23
sitat.info

10Mənbələr