AZ

Güclü külək əsir

Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 m/s-dək güclənir.

"Cebheinfo.az"

Seçilən
43
23
cebheinfo.az

10Mənbələr