AZ

Küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 30-u saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında, eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 metrədək güclənir.

 

Seçilən
72
26
azertag.az

10Mənbələr