AZ

Tramp: Tehran nüvə proqramını bərpa etməyə çalışarsa, İrana yeni zərbələr endirəcəyik

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Tramp: Tehran nüvə proqramını bərpa etməyə çalışarsa, İrana yeni zərbələr endirəcəyik

Donald Tramp İrana bildirib ki, İslam Respublikası nüvə proqramını bərpa etməyə çalışarsa, ABŞ yeni zərbələr endirə bilər. Oxuməni.az-ın məlumatına görə, bu barədə “Associated Press” məlumat yayıb.

"İndi eşidirəm ki, İran yenidən öz qüvvələrini gücləndirməyə çalışır. Əgər belədirsə, biz onları cilovlamalı olacağıq. Biz onları cilovlayacağıq. Biz onları məğlub edəcəyik. Amma ümid edirəm ki, bu baş verməz", - Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə Floridadakı iqamətgahında görüşündən sonra deyib.

O bildirib ki, əgər İran hərbi gücünü artırarsa, ABŞ-ın "başqa seçimi olmayacaq" və nəticələri "çox ciddi olacaq". "Bəlkə də keçən dəfədən daha ciddi", - Tramp əlavə edib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
50
oxumeni.az

10Mənbələr