Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri "Rodina" Partiyasının katibi Xaçik Qalstyanı saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə partiya sədrinin vəkili məlumat yayıb.
Onun sözlərinə görə, məlum olmayan səbəblərdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Qalstyanın mənzilində axtarış aparırlar.